bazar, 23 sentyabr 2018

Menu

bazar, 23 sentyabr 2018

DÜNYA FUTBOLU

“Arsenal” Mxitaryanı Bakıya gətirəcək?

03.09.2018 09:49

Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsində oktyabrın 4-də "Arsenal"ı qəbul edəcək.

Cempion.az qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, "topçular"ın erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır. London klubundan "Standart Sport"a verilən açıqlamada futbolçunun təhlükəsizliyinin ön ölanda olduöu deyilib: “Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas prioritetdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.

Qeyd edək ki, Mxitaryan 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün onun Azərbaycana girişinə qadağa qoyulub. 29 yaşlı yarımmüdafiəçi 2015-ci ildə "Qəbələ" - "Borussiya" matçında da Bakıya gətirlməmişdi.

Oxundu: 146

© 2018 - NSPSOLUTIONS