cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ"ın futbolçusu: "Hazırda “Sportinq”də xaos hökm sürür"

03.09.2018 11:26 Oxundu 1594

“Avropa Liqasında oynamasaydıq, “Qarabağ”a keçidim elə də prestijli sayılmazdı. Lakin risk etdim".

Cempion.az report-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın BNT telekanalına müsahibəsində “Qarabağ” klubunun futbolçusu Simeon Slavçev deyib. Yay fasiləsində Ağdam klubu ilə 3 illik müqavilə bağlayan 24 yaşlı yarımmüdafiəçi hazırkı durumumdan razı olduğunu söyləyib. O, mentaliteti olan komandaya gəldiyini və yaxşı oyunlarının hələ qabaqda olduğunu bildirib: "Əsas məqsədim Avropada çıxış etmək və Simeon Slavçevin kim olduğunu göstərməkdir”.

Orta sahə oyunçusu Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Portuqaliya təmsilçisi “Sportinq”dən də danışıb. O, Lissabon klubunda yetərincə qiymətləndirilmədiyini deyib: “Hazırda “Sportinq”də xaos hökm sürür. Yaxın keçmişdə gələcəyim və bacarıqlarım baxımından düzgün olmayan qərarlar verilib. Bu səbəbdən, “Sportinq” azarkeşlərinə kim olduğumu göstərə bilmədim. Özümü yaxşı futbolçu sayıram və indi müsbət keyfiyyətlərimi nümayiş etdirmək imkanım var. “Liteks”dən “Sportinq”ə keçidiyimə görə təəssüflənmirəm. Bu müddətdə çox şey öyrəndim. Başqa cür hərəkətə edə, Bolqarıstanda qalmaqla ən yaxşı futbolçu ola bilərdim. Güclü tərəflərimi və imkanlarımı bilirdim. Hələ 24 yaşım var, bundan sonra çox şey etməliyəm”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birgə E qrupunda yer alıb. Simeon Slavçev UEFA Millətlər Liqasında Norveç və Sloveniya yığmaları ilə oyunlar üçün Bolqarıstan millisinə çağırılıb.