cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan Premyer Liqasının bombardiri Ukraynada məşqçi kurslarına başlayıb

03.09.2018 12:01 Oxundu 2317

"Sabah" klubunun futbolçusu Marko Deviç vətəni Ukraynada A kateqoriyalı məşqçi kurslarına qatılıb.

Cempion.az xəbər verir ki, bu barədə report-a komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib.

E.Əhmədovun sözlərinə görə, 35 yaşlı hücumçu bununla əlaqədar üçgünlük icazə alıb: "Marko peşəkar futbolçu olmaqla yanaşı, hazırda Ukraynada məşqçilik kurslarında da oxuyur. Üç gün davam edəcək kurs üçün icazəlidir".

Qeyd edək ki, bu mövsüm "Sabah" klubunun Azərbaycan Premyer Liqasında vurduğu bütün 4 qola Marko Deviç imza atıb. O, hazırda çempionatın bombardiridir.