cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Azərbaycan kubokunun sahibi olan komanda dağıldı - RƏSMİ

03.09.2018 16:52 Oxundu 2861


Sentyabrın 8-də, saat 12:00-da Bakı İdman Sarayının mətbuat konfransı otağında Yüksək, I və II liqaların 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Cempion.az oxu.az-a istinadən xəbər verir ki, artıq çempionatda iştirakçı komandaların adları bəllidir.

Yüksək Liqada hələlik yeddi komandanın iştirakı təsdiqlənib. Futzal Federasiyasından saytımıza verilən məlumata görə, daha bir komandanın sentyabrın 7-dək iştirakla bağlı müraciəti müsbət dəyərləndirilə bilər

Yüksək Liqa: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” FK, “Xəzər Cənub”, “Liman”, “Yasamal” İdman -Sağlamlıq Kompleksi;

I Liqa: “Sovetski” FK, “Qrin Loq”, “Zəngilan” FK, “Standard”, “Metropoliten”, “Baku Fayr”, “Yasamal-2”, “Şərq”, “Çinar Cəbrayıl”, ADBTİA, “Raiq”, “Baku Fans”, “Ulduz”, U-19, AZMİU, “Fizuli” FK;

II Liqa: SAB, “Star Klub”, “Rəvan” FK, “Hövsan”, “Advokat”, “Gənclik”, “Borçalı” FK, “Dalğa”, “Baku Fayr-2”, “Bibi-Heybət”, “Obolon”, “Bədr FK Xocalı”, “Avanqard” FK, “Təbriz”, “Atletiko Baku”, “Beyker Hyucz”, “Gilan Konstrukşn”, “Beyker Tili”, “Hicran”, “Xəzər”.

Qeyd edək ki, ötən mövsüm Yüksək Liqada mübarizə aparmış, gümüş mükafatçı və ölkə kubokunun qalibi “Marafon”, eləcə də, “İtaldizayn” komandaları dağılıb. “Marafon” klubu millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova, “İtaldizayn” isə Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova məxsus idi.