çərşənbə axşamı, 13 noyabr 2018

Menu

çərşənbə axşamı, 13 noyabr 2018

DÜNYA FUTBOLU

UEFA Millətlər Liqasında ilk tura yekun vurulub

09.09.2018 09:13

UEFA Millətlər Liqasında ilk turun son oyunları keçirilib. Cempion.az Trend-ə istinadən bildirir ki, 3-cü oyun günündə 7 qarşılaşma baş tutub. Azərbaycan millisinin yer aldığı D Liqasında Belarus San-Marinonu, Lüksemburq isə Moldovanı darmadağın edib.

C Liqasında Finlandiya Macarıstana evdə, Yunanıstan isə Estoniyaya minimal hesabla qalib gəlib.

B Liqasında Robert Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması səfərdə Şimali İrlandiyaya qalib gəlməyi bacarıb - 2:1. Bununla da xorvatiyalı mütəxəsisis Azərbaycan millisinin baş məşqçisi olduğu vaxt britaniyalılara 0:4 və 0:1 hesablı məğlubiyyətlərin qismən əvəzini çıxıb.

Gecənin mərkəzi və ən bol qollu qarşılaşmaları A Liqasına təsadüf edib. İsveçrə İslandiyanın qapısından 6 top keçirib. Bu topların hamısını "Qarabağ"ın qapıçısı Hannes Halldorsson buraxıb.

İspaniya isə səfərdə İngiltərə üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

A Liqası

2-ci qrup

20:00. İsveçrə - İslandiya - 6:0

Qollar: Stiven Tsuber, 13. Denis Zakaria, 23. Cerdan Şakiri, 53. Haris Seferoviç, 67. Albian Ayeti, 71. Admir Mehmedi, 82

4-cü qrup

22:45. İngiltərə - İspaniya - 1:2

Qollar: Markus Reşford, 11 - Saul, 13. Rodriqo, 32

B Liqası

3-cü qrup

17:00. Şimali İrlandiya - Bosniya və Herseqovina - 1:2

Qollar: Uill Qriqq, 90+3 - Haris Dulyeviç, 36. Elvis Sariç, 64

C Liqası

2-ci qrup

20:00. Finlandiya - Macarıstan - 1:0

Qol: Teemu Pukki, 7

22:45. Estoniya - Yunanıstan - 0:1

Qol: Kostas Fortunis, 14

D Liqası

2-ci qrup

20:00. Belarus - San Marino - 5:0

Qollar: İqor Staseviç, 4. Stanislav Draqun, 26; 87. Anton Saroka, 67 (p.). Yuri Kovalyov, 90+1

22:45. Lüksemburq - Moldova - 4:0

Qollar: Kevin Malget, 34. Olivye Till, 60. Danel Sinani, 75. Kristofer Martins, 83

Oxundu: 238

© 2018 - NSPSOLUTIONS