bazar, 23 sentyabr 2018

Menu

bazar, 23 sentyabr 2018

BIZIM FUTBOL

Qurban Qurbanov: Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm

11.09.2018 11:36


UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Ta Kali Milli Stadionunda keçirilmiş Malta – Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.

Hər iki milli komandanın baş məşqçisi oyunla bağlı danışıb.

Millimizin baş məşqçisi Qurban Qurbanov digər dörd oyunda qələbə qazanacağımız halda, qrupun qalibi olacağımızı bildirib:

“Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində, iki xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm.

Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan dörd oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub, hazırlaşmalıyıq”.

Malta millisinin çalışdırıcısı Rey Farucia isə nəticədən məmnunluğunu gizlətməyib:

“Azərbaycan millisi çox yaxşı komandadır. Əldə edilən heç-heçəni komandam üçün uğurlu nəticə hesab edirəm. İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan, bugünkü oyun komandam üçün olduqca önəmli idi”.

Qeyd edək ki, qrupa dünən Farer adaları üzərində 2:0 qalib gəlmiş Kosovo başçılıq edir. Kosovonun dörd xalı var. Farer adaları üç xalla II, Azərbaycan iki xalla III və Malta bir xalla sonuncu sıradadır.(Oxu.az)

Oxundu: 118

© 2018 - NSPSOLUTIONS