cümə, 29 mart 2024

BİZİM FUTBOL

Balotelli Fransa klubunun heyətindən kənarlaşdırılıb - artıq çəkisinə görə

14.09.2018 14:26 Oxundu 2400

İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın "Nitsa" klubunun heyətindən müvəqqəti kənarlaşdırılıb.

Səbəb 28 yaşlı hücumçunun yığma düşərgəsindən artıq çəki ilə qayıtmasıdır. Onun çəkisi 100 kq-dan da artıq olub. Təcrübəli forvard Fransa çempionatının V turunda "Renn" komandası ilə səfər matçında iştirak etməyəcək.

Qeyd edək ki, Mario Balotelli ötən mövsüm Fransa çempionatında 28 oyuna 18 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. (Report)