cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ruanda Futbol Federasiyasının baş katibi rüşvətə görə saxlanılıb

15.09.2018 09:34 Oxundu 2509

Ruanda Futbol Federasiyasının baş katibi Fransua Reji Uvayezu və yarışlar üzrə komissarı Erik Ruxamirizə polis tərəfindən saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, onlar futbol üzrə Afrika Millətlər Kuboku çərçivəsində keçirilən Ruanda və Kot-d'İvuar yığmaları arasında oyunun namibiyalı hakiminə rüşvət təklif etməkdə şübhəli bilinirlər.

Federasiya isə hakimin iddiasını təkzib edərək üç hakimə nəqliyyat xərclərini qarşılamaq üçün 1000 dollar verdiklərini açıqlayıb.

Qeyd edək ki, görüş 2:1 hesabı ilə Kot-d'İvuar yığmasının xeyrinə başa çatıb. (Report)