Bazar ertəsi, 22 oktyabr 2018

Menu

Bazar ertəsi, 22 oktyabr 2018

DÜNYA FUTBOLU

Türkiyəli məşhurlar bu klublara azarkeşlik edirlər - SİYAHI​

17.09.2018 12:22

Türkiyə Super Liqasının ölkəmizdə və dünyada çox sayda izləyicisi var. Xüsusilə də Super Liqada çıxış edən dörd böyüklər daha çox tərəfdar kütləsinə malikdirlər. Bu kütlənin içərisində məşhur simalar da var.

Cempion.az Türkiyə mətbuatına istinadən həmin məşhurları və azarkeşi olduqları komandaları təqdim edir:

"Arka Sokaklar" serialından tanıdığımız Mesut komiser (Şevket Çoruh) - “Fənərbaxça”

Məşhur komediya ulduzu Cem Yılmaz - “Fənərbaxça”

Telejurnalist Esra Erol - “Beşiktaş”

Müğənni Rafet El Roman - “Trabzonspor”

"Muhtəşəm Yüz İl" teleserialından hər kəsin maraqla izlədiyi Hürrəm Sultan xarakterini canlandıran Məryəm Üzerli - “Qalatasaray”

"İçəridə və Çukur" seriallarında baş rol ifaçılarından biri olan Aras Bulut -“Beşiktaş”

Türkiyənin tanınmış rok ifaçılarından biri olan Kıraç - “Fənərbaxça”

Müğənni və aktyor kimi ölkəmizdə də sevilən Halil Sezayi - “Qalatasaray”

Müğənni Kənan Doğulu və həyat yoldaşı aktrisa Beren Saat - “Qalatasaray”

Digər bir çütlük Burak Özçivit və Fahriye Evcen - “Fənərbaxça”

Qeyd edək ki, Fahriye Evcen Burak Özçivitlə ailə qurmamışdan əvvəl “Qalatasaray” azarkeşi olub.

Tamaşaçıların Rəcəb İvedik kimi tanıdığı Şahan Gökbakar - “Qalatasaray”

Müğənni və aktrisa eləcədə müxtəlif vaxtlarda televiziya proqramlarının aparıcısı olan Hülya Avşar - “Beşiktaş”

"Kurtlar Vadisi"nin Mematisi Gürkan Uyqun - “Beşiktaş”

Oynadığı bütün seriaların baş qəhrəmanı olan akyor Kıvanç Tatlıtuğ - “Galatasaray”

Türkiyədə və dünyada çox sevilən model və aktyor Kənan İmirzalıoğlu - “Qalatasaray”

Türkiyə musiqisinin “İmperatoru” İbrahim Tatlısəs - “Fənərbaxça”

Oynadığı obrazlarla yaddaşlarda qalmağı bacaran aktyor Nejat İşlər - “Fənərbaxça”

Bir sıra musiqi müsabiqələrinin münsif kürsüsündə əyləşən öz möhtəşəm səsi və mahnıları ilə sevilən müğənni Sibel Can - “Fənərbaxça”

Kənan Qədirli

Oxundu: 230

© 2018 - NSPSOLUTIONS