şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Kafu Bakıya gələcək

22.09.2018 11:37 Oxundu 2483

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.

Bu barədə Cempion.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.