cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Obameyanqın arzusu: Bakı səfəri

22.09.2018 14:49 Oxundu 2648

“Ən böyük hədəfimiz Avropa Liqasının qalibi olmaqdır. Ötən mövsüm bu turnirdə iştirak edə bilmədim. Yenidən mübarizəyə qoşulduğum üçün xoşbəxtəm”.

Cempion.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, bunu “Arsenal”ın hücumçusu Pyerr-Emerik Obameyanq deyib. Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan London klubu ilk matçında “Vorskla” üzərində 4:2 hesablı qələbə qazanıb. “Topçular”ın qabonlu forvardı qrup səddini aşmaqla kifayətlənmək fikrində deyil. 29 yaşlı ulduz futbolçu gələn il Bakı Olimpiya Stadionunda baş tutacaq final qarşılaşmasına vəsiqə qazanmaq arzusundadı: “Avropa Liqasının finalına qədər irəliləmək və həlledici matçın iştirakçısı olmaq istəyirik. Növbəti oyunları daha yüksək səviyyədə keçirərək buna layiq olduğumuzu göstərəcəyik. Premyer Liqanın daha uzun və çətin marafon olduğunu bilirik. Ancaq bu yarışda da mübarizədən çəkinməyəcəyik”.