cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Millimizin futbolçusu əməliyyat olundu

22.09.2018 15:15 Oxundu 2780

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov dişindən əməliyyat olub.

Cempion.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bu barədə məlumatı futbolçunun formasını geyindiyi “Aue” klubunun baş məşqçisi Daniel Meyer verib. O bildirib ki, Nazarov dişindən ağrılar hiss etdiyi üçün əməliyyata məruz qalıb. Bu üzdən yarımmüdafiəçi kollektivlə məşqlərə yeni başlayıb. Meyer yığmamızın üzvünün Bundesliqa II-nin VI turunda “Duysburq”la keçiriləcək səfər oyununu buraxacağını istisna etməyib: “Nazarovun “Duysburq”la görüşə yetişib-yetişməyəcəyini indidən deyə bilmərəm. Ola bilsin ki, o, “Sandhauzen”lə növbəti tur matçında komandaya kömək etsin”.

Qeyd edək ki, “Duysburq” – “Aue” görüşü sabah keçiriləcək.