cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Qarabağ” – “Arsenal” oyununa nə qədər bilet satılıb?

22.09.2018 15:36 Oxundu 3216

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Arsenal” matçının bilet satışı davam edir.

Cempion.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, qısa müddətdə qarşılaşmaya maraq kifayət qədər böyükdür. Belə ki, artıq 10 min biletin satıldığı bildirilib. Bu isə o deməkdir ki, London təmsilçisi ilə matçda anşlaq gözlənilir. Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək “Qarabağ” – “Arsenal” oyununun start fiti 20:55-də səslənəcək.