cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

“Azərbaycan yaxşı variant idi” - fransalı futbolçu

22.09.2018 16:58 Oxundu 2741

“Karyeramın müəyyən yaş dövründə xaricə getmək, yaxşı layihələrin bir parçası olmaq istəyirdim. Azərbaycan bu baxımdan yaxşı variant idi”.

Cempion.az saytı xəbər verir ki, bu sözləri Fransa mətbuatına müsahibəsində “Qrenobl”un futbolçusu Əlhərbi əl-Jadeyui deyib. “Qarabağ”ın sabiq fransalı üzvü Azərbaycanda keçirdiyi il yarımlıq dönəmi xatırlayıb. Mərakeş əsilli 32 yaşlı yarımmüdafiəçi Ağdam klubunun heyətində yaxşı təcrübə topladığını söyləyib: “Azərbaycanda olarkən Avropa Liqasında iştirak etdim, ölkə çempionatının və kubokunun qalibi oldum. Yəni mənim üçün böyük təcrübə oldu. Azərbaycandan sonra Tailand macəram fərqli alındı. Ardından “Brest”də birlikdə çıxış etdiyim Olivye Queqan məni “Qrenobl”a dəvət etdi. O, Liqa 2-yə yüksəlmək üçün məndən kömək istədi”.

Qeyd edək ki, Əlhərbi əl-Jadeyui 2015-ci ilin iyulundan 2017-ci ilin yanvarına qədər “Qarabağ”ın formasını geyinib.