cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”ın rəqibində üzlər gülür: borc qalmadı

22.09.2018 17:18 Oxundu 2067

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vorskla”nın maliyyə durumu düzəlir.

Cempion.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, bunu klub prezidenti Roman Çernyak deyib. O bildirib ki, “Arsenal”la (2:4) ilk tur matçından dərhal sonra futbolçulara olan borclar ödənilib: “Mövsümün əvvəli ilə müqayisədə indi vəziyyət on dəfə yaxşıdır. Ancaq hər şeyi tam qaydasına salmaq üçün 2-3 aya ehtiyacımız var. Oyunçulara heç bir borcumuz qalmayıb. Həm maaşlar, həm də mükafatlar ödənilib. Təyyarədə olsaydınız, kollektivdə mənfi ab-havanın qalmadığını görərdiniz”.

Qeyd edək ki, “Qarabağ”la “Vorskla” arasında ilk oyun oktyabrın 25-də Bakıda keçiriləcək.