Cümə, 14 dekabr 2018

Menu

Cümə, 14 dekabr 2018

BIZIM FUTBOL

Soni Mustivar: “Layiqli qələbə qazandıq”

23.09.2018 18:58

Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Azərbaycan Premyer Liqasının V turunda "Zirə” üzərində səfər qələbəsini (2:1) klubun rəsmi saytına dəyərləndirib. Cempion.az saytı xəbər verir ki, haitili futbolçu qalibiyyətə layiq olduqlarını bildirib: “Zirə”nin güclü rəqib olduğunu yaxşı bilirdik. Anlayırdıq ki, çətin bir matça hazırlaşırıq. Ağır oyun olsa da, şadam ki, növbəti dəfə vacib olan 3 xalı əldə etdik. Xarakter göstərdik və layiqli qələbə qazandıq”. Qeyd edək ki, “Neftçi” 5 turdan sonra 13 xalla turnir cədvəlinə başçılıq edir.

Oxundu: 176

© 2018 - NSPSOLUTIONS