Bazar ertəsi, 22 oktyabr 2018

Menu

Bazar ertəsi, 22 oktyabr 2018

BIZIM FUTBOL

"Neftçi" ECA-nın "Beactive" layihəsinə qoşulur

23.09.2018 19:06

“Neftçi”nin də üzvü olduğu Avropa Klubları Assosiasiyası (ECA) “Beactive” layihəsini davam etdirir. Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq dördüncü dəfə həyata keçiriləcək layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub. Avropada fiziki fəalliğın artırılmasına hesablanan layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa çağırılacaqlar. Çağırışa irqindən, dini mənsubiyyətindən və yaşından asılı olmayaraq hər kəs qoşula bilər. “Neftçi” də öz növbəsində növbəti dəfə bu layihəyə qoşulur.

Oxundu: 75

© 2018 - NSPSOLUTIONS