şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" böyükhesablı qələbəyə imza atdı

23.09.2018 23:38 Oxundu 2437

Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Turun son matçında "Qarabağ" "Azərsun Arena"da "Qəbələ"ni qəbul edib. Oyuna əvvəlindən təşəbbüsə yiyələnən Ağdam komandası 30-cu dəqiqədə hesabı açıb. Abdullah Zubir qapıçı meydançasında yaranan qarışıqlıq zamanı topu qapının uzaq küncünə yönəldib. Bezatosnunun komandasını xilas etmək üçün etdiyi cəhd nəticə verməyib. 1:0. İlk hissəyə əlavə olunmuş dəqiqədə Araz Abdullayev Messisayağı zərbə ilə fərqi ikiyə çıxarıb. 2:0 edib. 61-ci dəqiqədə Con Delarj 3-cü topu qəbələlilərin qapısından keçirib. 72-ci dəqiqədə isə Zubir özünün ikinci, komandasının dördüncü qolunu vurub. Bundan sonra qonaqların baş məşqçisi Sənan Qurbanov qəribə əvəzləmə edib. Hücumçu Asif Məmmədovun əvəzinə meydançaya müdafiəçi Rasim Ramaldanov daxil olub. Məhz Ramaldanov komandasının təsəlli qoluna imza atıb - 4:1. Matç bu hesabla da başa çatıb.