cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Sənan Qurbanov: “Qəbələ” öz mövqeyinə qayıdacaq"

24.09.2018 12:46 Oxundu 2133

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ" la keçirdikləri oyundan sonra keçirdiyi mətbuat konfransında komandasının yenidən itirilən mövqeyə qayıdacağını bildirib:

“Uğursuzluq zolağından çıxa bilmirik. Hamı “Qəbələ”dən qələbə gözləyir. Biz də buna çalışırıq. Oyun planında müəyyən inkişaf olsa da, hələ ki, istədiyimiz nəticəni qazana bilmirik. Futbolçularımız verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Bəzən alındı, bəzən də alınmadı. Müdafiədə kobud səhvlər buraxdıq. “Qarabağ” kimi bu səviyyəli komanda belə səhvləri bağışlamır. Çox üzgünəm. Neçə illərdir bu komandadayam. Çox çalışacağıq, nəticələrə baxıb, analiz edəcəyik, cəzalanmalı olanlar cəzalanacaq. “Qəbələ” öz mövqeyinə qayıdacaq. Səylə çalışırıq, əzmkar futbolumuzu, oyun üslubumuzu yeni oyunçulara aşılamaq istəyirik. Üslubumuzda müəyyən dəyişikliklər etmişik. Bu dəyişikliləri futbolçuların tez qavramasını istəyirik. Əldə etdiyimiz imkanları qola çevirə bilsək, nəticə də fərqli olar, fərqli danışa bilərik”.