cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

“Baku Open” beynəlxalq karate turniri keçiriləcək

25.09.2018 12:17 Oxundu 2330

Sentyabrın 28-də “Baku Open” beynəlxalq karate turniri start götürəcək.

9-cu dəfə təşkil edilən yarış 3 günü əhatə edəcək. Turnir Sovet Sosialist Respublikaları İttifaqında karatenin yaranmasının 40 illik yubileyinə həsr olunub.

Bakı İdman Sarayında keçiriləcək yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq. Təntənəli açılış mərasimi sentyabr 29-da olacaq və saat 17:00-da başlayacaq. (Report)