şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“The Best” mükafatlarının sahibləri müəyyənləşib

25.09.2018 13:10 Oxundu 2184

Dünən FIFA-nın “The Best” mükafatlarının laureatlarının adları açıqlanıb.

Dünyanın ən yaxşı kişi futbolçu adına Luka Modriç layıq görülüb (29,05 faiz). Sonrakı yerləri Kriştianu Ronaldu (19,08 faiz) və Məhəmməd Salah i(11,23 faiz) tutub

Ən yaxşı qadın futbolçu seçimində Marta (Braziliya) 14,73 faizlə qalib olub. Cenifer Marojan (Almaniya) 12,86 faizlə ikinci, Ada Hegerberq (Norveç) isə 12,60 faizlə üçüncü olub.

Didye Deşam (Fransa) Ən yaxşı kişi baş məşqçi nominasiyasında qalib olub. O, səslərin 30,52 faizni toplayıb. Zinəddin Zidan (Fransa) 25,74 faiz, Zlatko Daliç (Xorvatiya) isə 11,81 faizsəs toplayıb

Ən yaxşı qadın baş məşqçi seçimində Reynal Pedroes (Fransa) 23,15 faiz səslə bütün rəqiblərini arxada qoyub. Sarina Viqman (Hollandiya) 15,31 faiz, Asako Takakura (Yaponiya) isə 12,80 faiz səs qazanıb.