cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Türkiyə klubunda yeni baş məşqçi

25.09.2018 14:02 Oxundu 2294

Türkiyənin "Akhisarspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisini Cihat Arslan çalışdıracaq. Gənc mütəxəssis Akhisar təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Arslan bu komandada Super Liqanın 5-ci turunda "Ankaragücü" ilə oyundan sonra istefa vermiş Safet Suşiçi əvəz edib.(Milli.az)