çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Messidən bir ilk - Ronaldoya səs verdi

25.09.2018 15:18 Oxundu 2097

FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub. FİFA-nın saytının yaydığı xəbərə görə, “Barselona” və Argentina yığmasının kapitanı Lionel Messi ilk pillədə Luka Modriçin adını qeyd edib. O, 2-ci yerə Kilian Mbappeni, 3-cü yerə isə Kriştiano Ronaldonu layiq görüb. Beləliklə, Messi ilk dəfə Ronaldonun adını 3-lüyə daxil edib.

“Yuventus”un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo isə Rafael Varanı 1-ci, Luka Modriçi 2-ci, Antuan Qrizmannı isə 3-cü yerə layiq bilib.

İlin ən yaxşı futbolçusu adına layiq görülən Luka Modriçin seçimi isə belə olub: 1.Rafael Varan, 2.Kriştiano Ronaldo, 3.Antuan Qrizmann.(Qol.az)