çərşənbə, 17 aprel 2024

BİZİM FUTBOL

İntizam komitəsi cəza yağdırdı

25.09.2018 14:42 Oxundu 2418

AFFA-nin İntizam Komitəsi (İK) Topaz Premyer Liqasının V turunda baş vermiş intizamsızlıqları nəzərdən keçirərək müvafiq qərarlar qəbul edib:

“Zirə” – “Neftçi” oyununda klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Komitə hər iki məşqçini 1 oyunluq cəzalanması və klubların hər birinin 800 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Oyun sonrası mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasova hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.

“Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Klennon Andre ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Anton Dioçenko aqressiv davranışa, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə texniki zonadan 10 oyunluq kənarlaşdırılıb, klub isə 8000 manat cərimə olunur.

“Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün qarşıdakı 2 oyunu buraxmalı olacaq. Buna görə klub 1600 manat cərimə ödəyəcək.

İntizam Komitəsi I divizionun IV turundakı intizamsızliqlar üçün də cəza yağdırıb. “Keşlə-2”–“Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Sabah-2” matçında “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

MOİK – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 19 №-li futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 240 manat cərimə olunub.

Futzalşılar da cəzasız qalmayıb.

Azərbaycan çempionatının Yüksək Liqasının “Araz” – “Xəzər Cənub” matçının 20-ci dəqiqəsində “Xəzər Cənub” klubunun məşqçisi Hadi Abazeri və komandanın direktoru Rahim Səmidov texniki zonadan kənarlaşdırıldıqları üçün hər bir şəxs 1 oyun cəzalanıb.

Azərbaycan çempionatının Birinci Liqasının “Ulduz” – “Sovetski” matçının 13-cü dəqiqəsində “Sovetski” klubunun 17 №-li futbolçusu Fərid Şahbazov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

“Füzuli” – “Standart” matçında "Füzuli" komandasının heyətində yetərsay olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Azərbaycan çempionatının İkinci Liqasının “Baker Hughes” – “Dalğa” matçının 10-cu dəqiqəsində “Dalğa” klubunun 1 №-li futbolçusu Məhəmməd Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.