Bazar ertəsi, 10 dekabr 2018

Menu

Bazar ertəsi, 10 dekabr 2018

VOLEYBOL

Azərbaycan voleybol yığması dünya çempionatında mübarizəyə başlayır

28.09.2018 10:31

Bu gün Yaponiyada voleybolçu qadınlar arasında dünya çempionatına start veriləcək.

C qrupunda yer alan Azərbaycan milli komandası mundialın ilk turunda ABŞ yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 11:10-da start götürəcək.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv dünya çempionatına 14 idmançı ilə yollanıb.

Yığmanın heyəti: Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbduləzimova, Alyona Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva.

Qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək. Yaponiya bu tədbirə beşinci, son 12 ildə isə üçüncü dəfə ev sahibliyi edəcək.

Qeyd edək ki, yığma qrupda ABŞ-la yanaşı, Trinidad və Tobaqo, Cənubi Koreya, Rusiya və Taylandla mübarizə aparacaq.(Report)

Oxundu: 354

© 2018 - NSPSOLUTIONS