Bazar ertəsi, 10 dekabr 2018

Menu

Bazar ertəsi, 10 dekabr 2018

ŞAHMAT

Şahmat yığmamız Ermənistana qarşı

28.09.2018 10:54

Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.

Yeniavaz.com goal.az-a istinadən xəbər verir ki, bunlar müvafiq olaraq, Ermənistanla Yunanıstan komandalarıdır.

V turun hər iki görüşü sentyabrın 28-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Dörd turdan sonra 8 xala və daha yaxşı göstəricilərə malik Azərbaycanın kişilərdən ibarət komandası 1-ci pillədə qərarlaşıb. Qadın millisi isə 6 xalla 13-cüdür.

Bu gün kişilərdən ibarət yığma İngiltərəyə 3,5:0,5 hesabı ilə qalib gəlsə də, qadın millisi ABŞ-a uduzub - 1,5:2,5.

Oxundu: 372

© 2018 - NSPSOLUTIONS