cümə, 19 aprel 2024

DİGƏR NÖVLƏR

Polo millimiz Avropa çempionatının gümüş medalını qazandı

01.10.2018 10:26 Oxundu 1851


Polo üzrə Azərbaycan millisi İtaliyanın Siena şəhərində Avropa çempionatının final oyununa çıxıb. Avropa çempionatının son və həlledici oyunu gərgin və dramatik anlarla yadda qalıb.

Milli komandamız gözəl oyun nümayiş etdirsə də, 4:8 hesabı ilə meydan sahibi İtaliyaya məğlub olub. Bununla da Avropa çempionatının debütantı olan millimiz qitə birinciliyinin sürpriz komandası olaraq gümüş medalları qazanıb.

Qeyd edək ki, atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının qrup mərhələsində Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını 11:7, eləcə də, son qitə çempionu İrlandiyanı 5:3 hesabı ilə məğlub edib. (Oxu.az)