Bazar ertəsi, 10 dekabr 2018

Menu

Bazar ertəsi, 10 dekabr 2018

VOLEYBOL

Millimizdən dünya çempionatında növbəti məğlubiyyət

02.10.2018 11:32

Yaponiyada qadın voleybolçular arasında dünya çempionatı davam edir. Cempion.az saytının məlumatına görə, Azərbaycan yığması qrup mərhələsində 3-cü matçına çıxıb.

Komandamızın rəqibi Rusiya yığması olub. İlk iki turda ABŞ-a məğlub olub (0:3), Cənubi Koreyaya qalib gələn (3:1) Faiq Qarayevin yetirmələri bu dəfə də meydanı başıaşağı tərk ediblər. Hər üç setdə komandamızı üstələyən şimal qonşularımız (3:0) ardıcıl 3-cü qələbələrini qazanıblar – 25:21, 25:21, 25:22.

Qeyd edək ki, ABŞ, Rusiya, Tailand, Cənubi Koreya, Trinidad və Tobaqo ilə birlikdə C qrupunda yer alan Azərbaycan millisinin aktivində 3 xal var. Komandamız sabah Trinidad və Tobaqo ilə üz-üzə gələcək.

Oxundu: 322

© 2018 - NSPSOLUTIONS