cümə axşamı, 25 aprel 2024

ŞAHMAT

Şahmat millimizin bugünkü oyun CƏDVƏLİ

02.10.2018 14:31 Oxundu 2536

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 8-ci turunda kişilərdən ibarət Azərbaycan milli komandası ABŞ komandası ilə qarşılaşacaq.

Cempion.az xəbər verir ki, komandalar aşağıdakı şəkildə üz-üzə gələcəklər.
Şəhriyar Məmmədyarov - Fabiano Karuana
Teymur Rəcəbov - Uesli So
Arkadi Naydiç - Hikaru Nakamura
Rauf Məmmədov - Samuel Şanklend

Qadınlardan ibarət yığma komandamız isə Gürcüstan yığması ilə qarşılaşacaq. Komandalar aşağıdakı şəkildə üz-üzə gələcəklər.
Günay Məmmədzadə - Salome Meliya
Zeynəb Məmmədyarova - İnqa Çarxalaşvili
Xanım Balacayeva - Sofio Qvetadze
Gülnar Məmmədova - Sopiko Xuxavili

Qeyd edək ki, hər iki görüş bu gün saat 15:00-da başlayacaq.
Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyəti iştirak edir. Azərbaycanı yarışda kişi və qadınlardan ibarət iki komanda təmsil edəcək. Qədir Hüseynovun rəhbərlik etdiyi kişilərdən ibarət komandada ölkəmizin idman şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naidiç, Rauf Məmmədov və Eltac Səfərəli qoruyacaqlar. Qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balabəyova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə aparır. Komandanın məşqçisi Fikrət Sideyifzadədir.