Cümə axşamı, 13 dekabr 2018

Menu

Cümə axşamı, 13 dekabr 2018

VOLEYBOL

Voleybol yığmamız DÇ-də növbəti növbəti qələbəsini qazandı

03.10.2018 11:58

Azərbaycanın qadınlardan ibarət yığma komandası Yaponiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşan millimiz hər 3 setdə rəqibdən üstün olub - 29:27, 25:16, 25-17.

Bu qələbə ilə xalını 4-ə yüksəldən voleybolçularımız qrupda Tailandla 3-4-cü yerləri bölüşür. Yığmamızın yer aldığı C qrupunda 9 xallı ABŞ 1-ci, 8 xallı Rusiya isə ikincidir. İlk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Xatırladaq ki, millimiz bundan əvvəl Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub etmiş, ABŞ və Rusiya idmançılarına isə 0:3 hesabı ilə yenilmişdi.

Oxundu: 363

© 2018 - NSPSOLUTIONS