şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Mourinyo "Nyukasl" ilə matçdan sonra postunu tərk edəcək

06.10.2018 16:15 Oxundu 2532

"Mançester Yunayted" in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 8-ci turunun "Nyukasl" ilə matçından sonra vəzifəsindən ayrılacaq. Mənbənin verdiyi məlumata görə portuqaliyalı mütəxəssis bu qərarını cümə axşamı günü qəbul edib. Mourinyo “Mançester Yunayted”i böhrandan çıxaracağına inamını itirib. "Nyukasl" ilə oyun oktyabr 6-da şənbə günü keçiriləcək. Hazırda “Qırmızı Şeytanlar” İngiltərə çempionatında 10-cu yeri tutur.

Xəbəri "Mirror" nəşri yayıb.