cümə, 26 aprel 2024

BİZİM FUTBOL

19 yaşadək qızlardan ibarət futbol yığmamızdan böyük hesablı məğlubiyyət

06.10.2018 16:25 Oxundu 2276

19 yaşadək qızlardan ibarət yığmamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Komandamız ikinci sınağında İsveçrə seçməsi ilə üz-üzə gəlib. Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. U-19-un qapısından hər 3 topu Stefanie Veber (50, 69 (pen.), 90) keçirib.

Qeyd edək ki, komandamız qrupun ilk oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzub. İsveçrə isə Kipri darmadağın edib – 9:0.

(Qol.az)