şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Qarabağ" - "Arsenal" oyunu Avropa Liqasında 1-ci oldu

06.10.2018 16:45 Oxundu 3054

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda baş tutan "Qarabağ"- "Arsenal" qarşılaşması 63 412 azarkeş tərəfindən izlənilib.
Cempion.az UEFA-nın açıqladığı məlumatlara istinadən bildirir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda qeydə alınan azarkeş sayı Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan digər oyunlardakı analoji göstəricilərdən yüksək olub. "Qarabağ"- "Arsenal" oyunu azarkeş sayına görə 1-ci yerdə qərarlaşıb.
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan digər oyunlarda qeydə alınan azarkeş sayı belə olub:
"Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 63 412
"Reyncers" (Şotlandiya) - "Rapid" (Vyana, Avstriya) - 47 543
"Ayntraxt" (Almaniya) - "Latsio" (İtaliya) - 47 000
"Zenit" (Rusiya) - "Slaviya" (Praqa, Çexiya) - 45 408
"Betis" (İspaniya) - "Düdelanj" (Lüksemburq) - 40 133
"Çelsi" (İngiltərə) - "Videoton" (Macarıstan) - 39 925
"Krasnodar" (Rusiya) - "Sevilya" (İspaniya) - 31 346
"Fənərbağça" (Türkiyə) - "Spartak" (Trnava, Slovakiya) - 29 622
"Zaltsburq" (Avstriya) - "Seltik" (Şotlandiya) - 24 085
"Bayer" (Leverkuzen, Almaniya) - AEK (Larnaka, Kipr) - 23 354
"Spartak" (Moskva, Rusiya) - "Vilyarreal" (İspaniya) - 21 264
"Malmö" (İsveç) - "Beşiktaş" (Türkiyə) - 17 174
"Anderlext" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 12 137
"Bordo" (Fransa) - "Kopenhagen" (Danimarka) - 11 860
"Rusenborq" (Norveç) - "Leyptsiq" (Almaniya) - 11 484
"Standard" (Lyej, Belçika) - "Akhisarspor" (Türkiyə) - 8 233
"Sarpsporq" (Norveç) - "Genk" (Belçika) - 7 885
"Sürix" (İsveçrə) - "Lüdoqorets" (Bolqarıstan) - 7 092
"Yablonets" (Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5 077