cümə, 29 mart 2024

BİZİM FUTBOL

Nazarovun qolu komandasına qələbə qazandırdı

06.10.2018 17:19 Oxundu 2111

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Holştayn"la qarşılaşıb. Görüşdə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Aue təmsilçisinin qələbə qolunu 90+1-ci dəqiqədə millimizin üzvü vurub.

Bu, onun 2018/2019 mövsümündə 2-ci bundesliqadakı 2-ci qolu olub.

"Erzgebirge" - "Holşteyn" - 2:1
Qollar: Muhlinq, 41 (0:1), İyoha, 72 (1:1), Nazarov, 90+1 (2:1)

Qeyd edək ki, Nazarov qarşılaşmanın 86-cı dəqiqəsində meydana çıxıb.

Əlavə edək ki, "Erzgebirge" 9 turdan sonra 10 xalla 13-cü pillədə qərarlaşıb

(qol.az)