cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Türkiyəli baş məşqçi istefaya göndərildi

07.10.2018 13:24 Oxundu 2191

"Ştuttqart"ın türkiyəli baş məşqçisi Tayfun Korkut vəzifəsindən azad edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda son turda "Hannover"ə (1: 3) məğlub olaraq Almaniya çempionatında sonuncu yerdədir. Korkutun köməkçiləri olan İlya Araçiç və Stefan Çerundolo da komandadan ayrılıblar.

Yeni məşqçi təyin olunana qədər “Ştutqart”a Andreas Hinkel rəhbərlik edəcək.