çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

“Arsenal” 66 saatda rəqib meydançada 2 qələbə qazandı

07.10.2018 18:34 Oxundu 2120

İngiltərənin “Arsenal” komandası Bakıda “Qarabağ”la keçirdiyi oyundan 64 saat sonra yenidən qonaq qismində meydana çıxıb. Bu dəfə rəqib “Fulhem” olub. Bakıda fərqlənən üç futbolçunun heç biri start heyətində olmayıb. Bunla belə, Bakıda sonradan meydana çıxan Lakazetti start heyətində meydana çıxıb və dubl etdikdən sonra əvəzlənib. Səhhəti ilə əlaqədar olaraq Bakıya gələ bilməyən Aubomeyanq isə ikinci hissədə oyuna daxil olduqdan sonra iki dəfə fərqlənib. Daha bir dəfə isə Remzi fərqlənib. Meydan sahiblərinin gücü isə bir təsəlli qoluna çatıb. 5:1.

Xatırladaq ki, “Arsenal” 66 saat əvvəl Bakıda “Qarabağ”a 3:0 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, “Arsenal” 68 saat ərzində iki dəfə rəqib meydançada oyuna çıxıb və hər iki oyunda qalib gəlib.