şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

“Azərbaycanlı” futbolçudan yeni müqavilə

08.10.2018 10:15 Oxundu 1736

Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak qərarını dəyişib.

Cempion.az saytı xəbər verir ki, bu iddianı Türkiyənin belge.com.tr saytı ortaya atıb. Cari mövsümün əvvəlində borcunu ala bilmədiyi üçün müqaviləyə təktərəfli şəkildə xitam verən futbolçu “Boluspor”a transfer olunmuşdu. Lakin həmkarlarımızın iddiasına görə, 28 yaşlı cinah oyunçusu “Samsunspor”a dönmək qərarına gəlib. Hətta onun TFF I liqa təmsilçisi ilə 6 aylıq müqavilə bağladığı da vurğulanıb.

Qeyd edək ki, 2011-ci ildən bəri 17 matçda Azərbaycan millisinin formasını geyinmiş Ufuk hazırkı baş məşqçi Qurban Qurbanovun da diqqət mərkəzindədi.