şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

“Arsenal” uğurlu seriyanı təkrarladı

08.10.2018 10:25 Oxundu 1583

Unay Emerinin rəhbərliyi altında uğurlu çıxışını davam etdirən “Arsenal” növbəti qələbəsini qazanıb.

Cempion.az saytı xəbər verir ki, London klubu Premyer Liqanın 8-ci turunda “Fulhem”i səfərdə böyük hesabla (5:1) məğlub edib. Bununla Emerinin kollektivi bütün turnirlərdə ardıcıl 9-cu qələbəsini qazanıb. Komanda avqustun sonlarından bəri müvafiq olaraq “Vest Hem” (3:1), “Kardiff” (3:2), “Nyukasl” (2:1), “Vorskla” (4:2), “Everton” (2:0), “Brentford” (3:1), “Uotford” (2:0), “Qarabağ” (3:0) və son olaraq da dünən “Fulhem”i üstələyib. Bu isə “topçular”ın 3,5 ildən sonra ilk uğurlu seriyasıdı. Komanda 2015-ci ilin mart-aprel aylarında da buna nail olmuşdu. Həmin vaxt Premyer Liqanı 3-cü pillədə başa vuran “Arsenal” bu mövsüm 8 turdan sonra 4-cü yerdə qərarlaşır.