şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Həbibin atası: 3 dəmir qayda var

08.10.2018 12:07 Oxundu 2122

Qarışıq üslubda döyüşən dağıstanlı Həbib Nurməhəmmədovun ABŞ-dan qayıdacağı tarix bəlli deyil, qonorarla bağlı məsələ həll edilməyib.
Cempion.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Həbibin atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov deyib.
Onun sözlərinə görə, maliyyə məsələləri həll olunmayıb, onlar qadağa altındadır: “O özü də bilmir nə baş verir. Ayın 9-da Amerikadan uçmalıydı. ABŞ-dan Dağıstana ayın neçəsində qayıdacağını bilmirəm. Mən günorta vaxtı qayıtmasını istəyirəm ki, respublikada onu qarşılasınlar”.
Ə. Nurməhəmmədov döyüşdən sonra baş vermiş davaya görə intizam komissiyasının oğluna qarşı cərimə ilə məhdudlaşacağına ümid etdiyini bildirib: “Adətən qonorardan məsələnin ciddiliyindən asılı olaraq 5-30 faiz çıxılır. UFC-nin başçısı Deyn Uaytdan çox şey asılıdır”.
O hesab edir ki, hakim Həbibə qarşı pozuntunun qarşısını ala və Makqreqora xəbərdarlıq edə bilərdi, lakin bunu etməyib: “Həbib başının arxa hissəsinə dirsəklə üç dəfə vuranda hakimə müraciət edib. Sarı vərəqə göstərməliydi, bu isə edilmədi.Sarı vərəqə şəxsiyyətdən asılı olmayaraq, göstərilməliydi”.
A.Nurməhəmmədov əlavə edib ki, oğlunun döyüşdən sonra hərəkətindən narazı qalıb: “Mən ideal intizamın tərəfdarıyam. Həbib Dağıstana qayıdanda onunla söhbət edəcəyəm. Biz onunla və digər döyüşçülərlə razılaşmışıq: üç dəmir qayda var – hakimə, rəqibə, tamaşaçılara hörmət edin”.