şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Mbappe klub tarixinin 7-cisidir

08.10.2018 12:43 Oxundu 1934

PSJ-nin hücumçusu Kilian Mbappe klubun tarixinə düşüb.

Cempion.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, gənc forvard buna Liqa 1-in 9-cu turunda “Lion”la qarşılaşmada nail olub. Parislilərin 5:0 hesabı ilə qalib gəldiyi görüşdə Fransa millisinin üzvü 13 dəqiqə ərzində pokerə imza atıb. Mbappe bununla Liqa 1-də poker edən 7-ci PSJ-li olub. Ona qədər Neymar, Edinson Kavani, Zlatan İbrahimoviç, Kristianu, Patrisu Loko və Karlos Byanki bunu həyata keçirmişdi.

Mbappe 19 yaş 9 aylığında 4 qol vurmaqla Fransa çempionatında pokerə imza atan ən gənc oyunçu olub. Bu, eyni zamanda ölkə birinciliyində son 45 ilin ən sürətli (13 dəqiqə) pokeri kimi tarixə düşüb.