cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Zirə”nin yubiley qələbəsi

08.10.2018 12:52 Oxundu 1869

“Zirə” Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk qələbəsini qazanıb. Cempion.az saytı xəbər verir ki, VII turun “Qəbələ” ilə matçında 1:0 hesabı ilə qalib gələn “qartallar” bununla da yubiley qələbəsini bayram edib.

Qəsəbə klubu Premyer Liqada 40-cı dəfə 3 xala sevinib. Bunadək “Zirə”nin hesabında 39 qələbə var idi. “Qartallar” 2015/16 mövsümündə 17 qarşılaşmada qalib gəlmişdi. Sonrakı mövsümdə 10 dəfə 3 xal qazanan komanda 2017/18 mövsümündə 12 dəfə uğur qazanıb. “Zirə” evdə daha çox qələbə əldə edib. Öz meydanında 26-cı uğurunu qeyd edən bakılılar səfərdə 14 dəfə 3 xal qazanıblar.

Qeyd edək ki, “Zirə” ilk qələbəsini 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda rəsmiləşdirib – 1:0.