şənbə, 11 may 2024

BİZİM FUTBOL

Yığmamızın hücumçusundan yubiley qolu

08.10.2018 13:34 Oxundu 1569

Topaz Premyer Liqasının VII turunun “Səbail” – “Sumqayıt” görüşündə (2:0) vurulan ikinci qol ikiqat yubileylə əlamətdar olub.

Cempion.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bakılıların oyunçusu Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub. Hücumçu buna özünün 170-ci oyununda imza atıb. Qurbanov bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. “Neftçi”də 19, “Sumqayıt”da 9, “Qəbələ”də 6 dəfə fərqlənən yığmamızın üzvü “Səbail”də qol hesabını açıb. Bu top “Sumqayıt”ın Premyer Liqada buraxdığı 200-cü səfər qoludur. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.