cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

TPL: İl yarımdan sonra qonaqların fiaskosu

08.10.2018 13:44 Oxundu 2118

Topaz Premyer Liqasının 7-ci turu meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib.

Cempion.az saytı xəbər verir ki, baş tutan üç görüşdə qonaqlar nə xal qazanıb, nə də qol vurub. “Neftçi” “Sabah”ı, “Səbail” “Sumqayıt”ı eyni – 2:0, “Zirə” Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Belə hadisə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Martın 13-14-də keçirilən XXII turun 4 matçında meydan sahibləri qalib gəlib. Bütün oyunları 1:0 hesabı ilə başa çatan turda qonaqlar qol da vura bilməyib. Düzdü, indikindən fərqli olaraq, 570 gün əvvəl 3 deyil, 4 oyun keçirilib.

Mənbə: pfl.az