cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Məşqçinin agenti: "Zidan İngiltərəyə getmək istəmir"

08.10.2018 13:52 Oxundu 2270

Fransalı məşqçisi Zinədin Zidanın agenti Alan Millyaççio müştərisinin İngiltərə Premyer Liqasında işləmək ehtimalının olmadığını bildirib. "Mən Zidanın Premyer Liqanın hər hansı bir klubuna rəhbərlik edəcəyini düşünmürəm. İngilis futbolu onun iş stilinə uyğun deyil. Biz variantları müzakirə etdik və qərara gəldik ki, İngiltərədə işləmək məqsədəuyğun deyil. Zidan istirahət edir və yaza qədər işə başlamayacaq", - deyə Milyaççio "Journal du Dimanche"yə açıqlama verib.