cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Yurgen Klopp: "Millətlər Liqası ən mənasız turnirdir"

08.10.2018 14:06 Oxundu 2384

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasını ən mənasız turnir adlandırıb.

"Oyunçularımız yenə milli komandalara, Millətlər Liqası matçlarına yollanırlar. Bu, futbol dünyasında ən mənasız turnirdir. Arzulayıram ki, futbolçularımız bu turnirdən sağ-salamat qayıtsınlar. Çünki onlar bizə daha nüfuzlu turnirlərdə - çempionatda, Çempionlar Liqasında və digər turnirlərdə kömək etməlidir", -deyə "Daily Mail" Kloppun fikirlərindən sitat gətirir.