cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Vorskla” və “Sportinq”lə oyunların biletləri satışa çıxarıldı

08.10.2018 14:35 Oxundu 1888

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi son iki ev matçının biletləri artıq satışdadır.

Cempion.az saytı xəbər verir ki, oktyabrın 25-də Ukraynanın “Vorskla” (Poltava) klubu ilə görüşün biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) manat arasında dəyişir. Noyabrın 29-da Portuqaliyanın “Sportinq” klubu ilə matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) manatdır.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və ya onlayn olaraq iticket.az saytından əldə edə bilərlər:

“Qarabağ” FK (Fan-Şop)

Gənclik Mall

28 Mall

ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt)

İticket satış məntəqələri