cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ”nin 7 futbolçusuna yığmadan dəvət

08.10.2018 15:55 Oxundu 2151

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib.

Cempion.az saytının məlumatına görə, oktyabrın 20-dək davam edəcək toplanışa 20 futbolçu çağırılıb ki, onlardan 7-si “Qəbələ”nin yetirməsidi. U-17-yə 4 legioner dəvət edilib.

U-17-nin heyəti: Vüsal Şabanov, Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Şirin Şirinov, Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı “Keşlə”), Fərid Yusifli, Valeh Qəhrəmanlı, Emil Quluzadə (hamısı “Neftçi”), Cavidan Abbaszadə (“Sumqayıt”), Musa Qurbanlı (“Qarabağ”), Rüstəm Samiqullin (“Stroqino”, Rusiya), Eldar Tağızadə (“Neurofutbol”, İspaniya), Emil Bayramov (“Obolon”, Ukrayna), Camal Cəfərov (“Anji”, Rusiya).