şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Bavariya" baş məşqçisini dəyişə bilər

08.10.2018 17:11 Oxundu 2076

Son oyunlarda uğursuz nəticələrlə yadda qalan "Bavariya"da baş məşqçi dəyişikliyi ola bilər.

Klub rəhbərliyi Niko Kovaça əvəzləyici axtarır. İddiaya görə, hazırda bu vəzifəyə 3 namizəd var: Zinəddin Zidan, Loran Blan və Arsen Venger.

Qeyd edək ki, Bundesliqanın son 3 oyununda 1 heç-heçə edib, 2 dəfə məğlub olan Münhen klubu 7 turdan sonra 13 xalla 6-cı pillədədir.

(Qol.az)