çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

AFFA Türkiyənin geyim brendi müqavilə imzalayacaq

08.10.2018 17:57 Oxundu 1525

AFFA və Türkiyənin məşhur geyim brendi D’S Damat arasında sponsorluq müqaviləsinin imzalanması razılaşdırılıb. İmzalama mərasimi yaxın günlərdə keçiriləcək. Müqavilə çərçivəsində D’S Damat şirkətinə Azərbaycan milli komandasının iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları təqdim ediləcək. Həmçinin D’S Damat milli komandanın üzvlərini və AFFA-nın əməkdaşlarını kostyumlarla təmin edəcək.