cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Əvvəlcə Olsen, sonra Qurbanov

08.10.2018 18:01 Oxundu 2274

UEFA Millətlər Liqası turniri çərçivəsində keçiriləcək Farer adaları – Azərbaycan matçı ərəfəsində təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtları müəyyənləşib.

Cempion.az saytının məlumatına görə, oktyabrın 11-də keçiriləcək oyundan bir gün əvvəl komandaların açıq məşqi və baş məşqçilərin konfransı olacaq. Hər iki tədbir qarşılaşmanın keçiriləcəyi Torshavn şəhərindəki “Torsvollur” stadionunda baş tutacaq. Əvvəlcə ev sahiblərinin konfransı olacaq. Bakı vaxtı ilə 13:00-da Farer adalarının baş məşqçisi Lars Olsen jurnalistlər önünə çıxacaq. Bundan yarım saat sonra komanda son məşqinə çıxacaq.

Azərbaycan millisinin çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı isə 15:00-da başlayacaq. 15:30-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq baş tutacaq.